Havay adalarında vulkan yenidən püskürdü

 11:32 23.11.2025     225

Havay adalarında Kilauea vulkanı yenidən püskürüb.

Redaktor.az xəbər verir ki, bu haqda ABŞ Geologiya Xidməti məlumat yayıb.

Hələlik vulkandan axan lavalar yaşayış məntəqələrini təhdid etmir.

Kilauea Havay adalarında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri sayılır. Bundan əvvəl vulkan bu il avqustun 24-də püskürüb.

2024-cü ilin dekabrından indiyədək 35 püskürmə qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən