Uitkoff Rusiyaya səfər edə bilər

 15:09 23.11.2025     250

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna nümayəndə heyəti ilə Cenevrədə keçirilən danışıqlarda irəliləyiş əldə olunduğu təqdirdə Rusiyaya səfər edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post“ məlumat yayıb.

Qeyd edilib ki, əgər Stiven Uitkoff və ABŞ dövlət katibi Marko Rubio Ukrayna tərəfi ilə “danışıqların konseptual çərçivələri” barədə razılığa gələ bilsə, Stiven Uitkoff daha sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə yollana bilər, lakin bu səfər dərhal baş tutmaya da bilər.

Vumart və Güvən reklamı Vumart Güvən