ABŞ Senatından Trampın sülh planına kəskin TƏNQİD

 09:46 24.11.2025     210

ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner ABŞ tərəfindən təklif olunan Ukrayna üzrə sülh planını sərt şəkildə tənqid edib.

Redaktor.az xəbər verir ki, o, ABC telekanalına müsahibəsində bu təşəbbüsü “dəhşətli” adlandırıb.

Uorner bildirib ki, təqdim edilən sənəd “praktiki olaraq Rusiyanın tezislərindən ibarət”dir və Ukraynanın “tam kapitulyasiyası”nı nəzərdə tutur. Siyasətçi hətta planı İkinci Dünya müharibəsi ərəfəsində baş vermiş, baş nazir Nevill Çemberlenin Hitlerə verdiyi güzəştlərlə müqayisə edib.

Senatorun sözlərinə görə, sülh planı Avropa ölkələrində də narahatlıq yaradıb və “avropalılar özlərini tamamilə taleyin ümidinə buraxılmış” kimi hiss edirlər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən