"Təhlükəsizlik təminatı olmadan sülh sazişini imzalamayın" ABŞ-dən Ukraynaya MESAJ
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Texas ştatından olan respublikaçı Maykl Makkol Ukraynanı təhlükəsizlik təminatları olmadan sülh sazişini imzalamamağa çağırıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Makkol bildirib ki, Kiyev NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiəni təmin edən mexanizmlər olmadan heç bir sazişə razılıq verməməlidir. O, Ukraynanın 1994-cü ildə Budapeşt Memorandumu çərçivəsində nüvə silahlarından imtina etdiyini, lakin bu sənədin verdiyi təminatların nəticədə “heç nəyə yaramadığını” xatırladıb.
Konqresmen hesab edir ki, ABŞ-ın təqdim etdiyi yeni layihədə Ukrayna üçün faydalı təhlükəsizlik təminatları yoxdur. Buna görə də o, Kiyevi sənəd “dəmir kimi möhkəm” olmayınca sazişi imzalamamağa çağırıb və tələb olunan şərtləri NATO-nun kollektiv müdafiə mexanizmləri ilə müqayisə edib.
Nuriyyə NATİQQIZI













