Hizbullahın hərbi qanad rəhbəri İsrail hücumunda öldürüldü
Hizbullah İsrail ordusunun Beyrutun cənubuna endirdiyi hava zərbəsi nəticəsində təşkilatın hərbi qanadının lideri Heysəm Əli Tabatabainin öldürüldüyünü açıqlayıb.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Təşkilatın məlumatına görə, hücum paytaxtın Dahiyə rayonunu hədəfə alıb. Açıqlamada Tabatabainin uzun illər boyunca Hizbullahın hərbi strukturunda mühüm vəzifələr daşıdığı və “torpağını və xalqını müdafiə edərkən həyatını müqavimətə həsr etdiyi” vurğulanıb.
Hücum nəticəsində təşkilatın digər üzvləri Mustafa Əsəd Berru, Rifat Əhməd Hüseyn, Qasım Hüseyn Bercavi və İbrahim Əli Hüseyn də həyatını itirib.
Livan Səhiyyə Nazirliyi bəyan edib ki, İsrailin Dahiyəyə endirdiyi hava zərbəsində ümumilikdə 5 nəfər ölüb, 28 nəfər isə yaralanıb.
Nuriyyə NATİQQIZI













