Gürcüstanda meşə yanğını BAŞLADI

 12:15 24.11.2025     201

Gürcüstanın Bağdati rayonunda səhər saatlarından etibarən meşə yanğını başlayıb.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, alovun söndürülməsinə 200-ə yaxın yanğınsöndürən və müxtəlif növ xüsusi texnika cəlb olunub. Ərazidə hazırda intensiv yanğınsöndürmə işləri aparılır.

Məlumata əsasən, əməliyyata Sərhəd Polisinin üç helikopteri də qoşulub. Hadisə yerində vəziyyətə operativ nəzarət üçün təcili qərargah yaradılıb.

Vumart və Güvən reklamı Vumart Güvən