İranda qaz balonu partladı: 8 ölü

 10:05 25.11.2025     218

İranın Yəzd əyalətinin Meybud şəhərinin Februye rayonunda mənzildə qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, üç nəfər xəsarət alıb.

Redaktor.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Yəzd əyaləti Fövqəladə Hallar İdarəsinin rəisi Seyid Məhəmməd Cavad Mircəlili bildirib.

Onun sözlərinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisəyə səbəb kimi ilkin olaraq qaz balonundan sızma göstərilir.

Vumart və Güvən reklamı Vumart Güvən