Ronaldo bu tarixdə EVLƏNİR

 13:59 25.11.2025     231

Məşhur futbolçu Kriştiano Ronaldo və həyat yoldaşı olmağa hazırlaşan Corcina Rodrigez 2026-cı ilin yayında Maderada nikah bağlayacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə "Jornal da Madeira" nəşri məlumat yayıb.

Məlumata görə, toy mərasimi Ronaldo onun doğulduğu Funşal şəhərindəki kilsədə keçiriləcək. Təntənəli mərasimdən sonra şənlik Maderadakı lüks hotellərdən birində davam edəcək. Cütlüyün nikahı 11 iyun-19 iyul tarixlərində keçiriləcək Dünya Çempionatından sonra baş tutacaq.

Qeyd edək ki, 11 avqustda Corcina Rodrigez instaqram səhifəsində Ronaldo ilə nişanlandığını açıqlayıb.

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən