Lavrov Kaya Kallasa tarix öyrənməyi məsləhət gördü

 16:17 25.11.2025     311

Rusiya xarici işlər naziri Sergey Lavrov, II Dünya müharibəsində SSRİ və Çinlə bağlı fikirlərinə görə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasa tarix öyrənməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lavrov bildirib ki, Kaya Kallas “xarici görünüşünə əsasən də elə bilik səviyyəsi yüksək olmayan biri təsiri bağışlayır, xüsusən də tarix fənni üzrə”. Nazir əlavə edib ki, Kallasın SSRİ və Çinin nasizmin məğlub edilməsindəki roluna təəccüblənməsi “tarixi bilməməkdən qaynaqlanır”.

“Tarixi bilmək lazımdır. Təəssüf ki, bir çoxları bunu unudur”, - deyə Lavrov qeyd edib.

O həmçinin Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın “Sovet İttifaqı II Dünya müharibəsini başlayıb və dünyanın yarısını işğal edib” fikirlərini xatırladıb və bunu “normal dərsliklərin olmaması ilə” əlaqələndirib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən