İran 300-ə yaxın məhbusu "Taliban"a təhvil verdi

 18:46 25.11.2025     288

292 əfqan məhbus İrandan öz ölkələrinə təhvil verilib.

Redaktor.az "Mehr"ə istinadən xəbər verir ki, bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb. 

Əfqan məhbuslar Doğarun və İslam Qala sərhəd-keçid məntəqələri vasitəsilə "Taliban" hakimiyyətinə təhvil verilib. Nazirlik əlavə edib ki, əfqan məhbuslar tərəfindən törədilən cinayətlər ilk növbədə narkotiklərlə bağlı olub və bu məhbusların təhvil verilməsi iki ölkə arasında imzalanmış ikitərəfli müqavilələrə uyğun olaraq davam etdiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən