Putin Bişkekdə işgüzar səfərdədir

 17:19 25.11.2025     298

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Kremlin açıqladığı məlumata görə, Rusiya prezidenti qırğız həmkarı ilə ikitərəfli görüş keçirəcək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək.

Putinin səfər çərçivəsində KTMT-yə üzv ölkələrin dövlət başçıları ilə də ikitərəfli görüşləri planlaşdırılıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən