Hindistan ABŞ-nin sanksiyalarına baxmayaraq Rusiya neftini ALDI

 19:45 25.11.2025     392

Hindistan ABŞ-nin sanksiyalarına rəğmən Rusiya neftinin idxalını davam etdirmək üçün xüsusi mexanizm hazırlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Hindistan bankları Rusiya nefti ilə ticarətin maliyyələşdirilməsinə hazırdır, lakin yalnız ABŞ-nin “qara siyahısı”na düşməyən satıcılarla işləmək şərti ilə. Bundan əlavə, bütün əməliyyatlar mövcud sanksiya qaydalarına uyğun olmalıdır.

Yeni sxemdə ödənişlərin ABŞ dolları ilə deyil, BƏƏ dirhəmi və Çin yuanı ilə aparılması nəzərdə tutulur. Hindistan bankları neftin mənşəyini və tankerlərin tarixçəsini, o cümlədən onların sanksiya tətbiq olunan şirkətlərlə əlaqələrini diqqətlə araşdıracaqlar.

Ekspertlər bildirirlər ki, bu sərtləşdirilmiş yoxlamalar Rusiya ilə neft alqı-satqısı prosesini bir qədər ləngidə bilər. Buna baxmayaraq, mexanizm iki ölkə arasında əhəmiyyətli həcmdə ticarət axınının davam etməsinə imkan verəcək.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən