"Ukraynanın alyansa üzvlüyü hazırda mümkün deyil" - Natonun baş katibi

 12:31 26.11.2025     235

NATO-nun baş katibi Marek Rütte bildirib ki, Ukraynanın alyansa üzv olması üçün bütün üzv dövlətlərin yekdil razılığı tələb olunur, lakin hazırda belə razılıq mövcud deyil.

Redaktor.az xəbər verir ki, o, bunu İspaniyanın "El Pais" qəzetinə verdiyi müsahibədə deyib.

Rüttənin sözlərinə görə, ABŞ da daxil olmaqla bir sıra müttəfiqlər hazırkı mərhələdə Ukraynanın NATO-ya daxil olmasına qarşı olduqlarını bildiriblər.

Baş katib əlavə edib ki, əgər Ukraynanın NATO-ya üzvlüyü mümkün seçim deyilsə, o zaman alyans ölkələri Kiyevə kifayət qədər etibarlı təhlükəsizlik təminatları verməlidirlər. Hazırda bu təminatlarla bağlı danışıqlar aparılır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən