Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürdü
Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürüb.
Redaktor.az-ın məlumatına görə, hadisə Gümüşhane Universitetində baş verib.
Universitetdə çalışan əməkdaşlardan biri silahla başqa bir həmkarını girov götürüb.
Polis hazırda hadisəni törədən şəxslə danışıqlar aparır.













