“Avropanı təhlükəyə atan əsl psixopatdır” - Kaya Kallasa SƏRT TƏNQİD

 14:10 26.11.2025     225

Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Avropa İttifaqının baş diplomatı Kaja Kallası kəskin şəkildə tənqid edib.

Redaktor.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki paylaşımında Kallası “Avropanı təhlükəyə atan əsl psixopat” adlandırıb.

Mema bildirib ki, Kallasın “faciəvi siyasəti” hələ də davam edir və o, Avropanın yenidən silahlandırılmasının qatı tərəfdarıdır. Onun sözlərinə görə, Kallas və Ursula fon der Lyayen Avropanın təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

“Bu insanlar səbəbindən Avropa ölkələri Ukrayna üzrə sülh danışıqlarında heç bir rol oynamır. Kallas gördüyüm ən səriştəsiz siyasətçidir”, - deyə o əlavə edib.

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən