İmran Xan həbsxanada öldürülüb?

 18:27 26.11.2025     289

Pakistanın həbsdə olan keçmiş Baş naziri İmran Xanın öldürüldüyü iddia edilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Afghanistan Times” qəzeti X hesabında məlumat yayıb.

Onun müəmmalı şəkildə qətlə yetirildiyi və cəsədinin həbsxanadan çıxarıldığı bildirilir.

Qeyd edək ki, 73 yaşlı İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın Baş naziri olub. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Vumart və Güvən reklamı Vumart Güvən