"Ukrayna münaqişəsinin həlli üçün Rusiya güzəşt etməlidir" - Kallas
Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas Ukrayna münaqişəsinin real şəkildə sona çatması üçün Rusiyanın hərbi imkanlarının məhdudlaşdırılmasının vacib olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun sözlərini "Reuters" yayıb.
“Əgər bu müharibənin davam etməsinin qarşısını almaq istəyiriksə, Rusiya ordusunu və onun hərbi büdcəsini cilovlamalıyıq”, - deyə Kallas jurnalistlərə bildirib.
O əlavə edib ki, istənilən sülh razılaşması Rusiyanın müəyyən güzəştlər etməsini nəzərdə tutmalıdır.
Nuriyyə NATİQQIZI













