Litvada təyyarə zolaqdan çıxdı, uçuşlar dayandı

 18:02 26.11.2025     213

Vilnüs hava limanında Polşanın LOT aviaşirkətinə məxsus təyyarə enişdən sonra zolaqdan kənara çıxıb. Hadisədən sonra hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb. Xəsarət alanların olmadığı bildirilir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən