Suriyada anbarda partlayış: ölən və yaralılar var
Suriyanın İdlib bölgəsində yerləşən anbarda baş verən güclü partlayış nəticəsində doqquz nəfər xəsarət alıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və onlar partlayışın nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib.
Redaktor.az bu barədə ölkə mediasına istinadla xəbər verir.
Məlumata görə, daha beş nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Nuriyyə NATİQQIZI













