Putin KTMT üçün yeni antiterror strategiyasının hazırlanmasını təklif etdi

 12:06 27.11.2025     269

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) geniş tərkibdə keçirilən Kollektiv Təhlükəsizlik Şurası iclasında çıxış edərək, təşkilat üçün yeni antiterror strategiyasının hazırlanmasını təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putinin sözlərinə görə, yeni strategiyanın hazırlanması Rusiyanın KTMT-yə sədrliyi dövründə həyata keçiriləcək:

"KTMT-nin yeni antiterror strategiyasının birgə hazırlanmasına başlamağı planlaşdırırıq. Ekstremizmə qarşı daha qətiyyətli mübarizə aparmaq üçün bütün zəruri addımları atmağa çalışacağıq", - deyə Rusiya lideri bildirib.

O əlavə edib ki, Rusiya təşkilata üzv ölkələrlə birlikdə beynəlxalq terrorçu qruplaşmaları və onların hüceyrələrinin aşkarlanması və zərərsizləşdirilməsi, həmçinin terrorun maliyyələşdirmə kanallarının qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirəcək.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən