“Qərb məqsədyönlü şəkildə müharibəyə hazırlaşır” - Lukaşenko

 12:08 27.11.2025     219

Belarus prezidenti Aleksandr Lukaşenko Qərb siyasətçilərinin məqsədyönlü şəkildə müharibəyə hazırlaşdığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə onun sözlərini "BelTA" yayıb.

Dövlət başçısının sözlərinə görə, KTMT sərhədləri boyunca hərbi risklər və təhlükələr artır, xüsusilə də təşkilatın qərb flangında vəziyyətin gərginləşdiyi müşahidə olunur:

“Görünən odur ki, Qərb tərəfindən adekvat və sabit qalmalı olan bölgələrdə vəziyyət ‘mühasirəyə alınmış qala’ təsiri yaradır”, - deyə Lukaşenko bildirib.

O vurğulayıb ki, mövcud təhlükələr və Qərbin sərt ritorikası onların müharibəyə hazırlaşdığını göstərir:

“Biz Vladimir Vladimiroviç (Putin) müharibəyə hazırlaşmırıq, bütün faktlar göstərir ki, məhz onlar buna hazırlaşırlar”, - deyə Belarus lideri qeyd edib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən