Ukrayna ABŞ və Avropa ilə sülh üçün əməkdaşlıq edir

 14:48 27.11.2025     232

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkə ABŞ və Avropadakı tərəfdaşlarla birlikdə Ukraynada “qarantiya olunmuş sülh”ün təmin olunması üçün iş aparır.

Redaktor.az xəbər verir ki, bu barədə o, Filipinlər prezidenti Ferdinand Markosla telefon danışığından sonra Telegram kanalında məlumat verib.

Zelenski bildirib ki, tərəflər birlikdə sülhün təmin olunması istiqamətində atılacaq addımları müzakirə ediblər. Həmçinin tərəflər əməkdaşlığın əsas sahələrini ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və rəqəmsallaşma – müzakirə ediblər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən