Mikayıl Cabbarov yenidən bu vəzifəyə SEÇİLDİ

 15:22 27.11.2025     226

Azərbaycan Güləş Federasiyasının (AGF) ümumi yığıncağı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib.

Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib.

Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

Vumart və Güvən reklamı Vumart Güvən