Basketbolçu oyunda aldığı xəsarətdən sonra ÖLDÜ

 15:56 27.11.2025     248

ABŞ-də Oklahoma ştatının Konners Kollecinin basketbolçusu İtan Dits 20 yaşında vəfat edib.

Redaktor.az bu barədə “BBC”ə istinadla məlumat verir.

Məlumata görə, idmançı 22 noyabrda Teksas ştatının Denison şəhərində Qreyson Kollecinin komandası ilə keçirilən oyun zamanı başından ağır xəsarət alıb. O, üç gün sonra xəstəxanada dünyasını dəyişib.

Kollec rəhbərliyi basketbolçunun ailəsinə başsağlığı verib. Kişi və qadın komandalarının bir neçə qarşıdakı oyununu ləğv edib.

Dits ikinci kurs tələbəsi idi. Bu mövsüm o, komanda ilə səkkiz oyunda iştirak etmiş, orta hesabla hər matçda 11 xal və 9,4 ribaundla çıxış etmişdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən