"Ukrayna üzrə heç bir sülh sazişi layihəsi olmayıb" - Putin
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı hər hansı hazır sülh sazişi layihəsinin mövcud olmadığını, yalnız müzakirə üçün suallar siyahısının olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, Moskva ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına dair ilkin planı ilə tanış olub.
CNN daha əvvəl xəbər vermişdi ki, Ukrayna Trampın yeni planının üç əsas bəndi ilə razılaşmır və onları uzun müddət mövcud olan “qırmızı xətlər” adlandırır. Moskva isə bildirir ki, ABŞ-ın təşəbbüsü nəzərdən keçirilib, lakin hələ heç kimlə müzakirə aparılmayıb. Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ komandasının digər üzvləri gələn həftə Moskvaya səfər etdikdən sonra müzakirələr başlanacaq.
Nuriyyə NATİQQIZI













