"Ermənistan KTMT-də iştirakını dondursa da, sənədlərin qəbuluna mane olmur" - Baş katib

 18:47 27.11.2025     257

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub, müzakirələrdə iştirak etmir, lakin bu gün olduğu kimi, sənədlərin məhdud formatda qəbul olunmasına mane olmur.

Redaktor.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov bildirib.

“Bütün sənədlər Ermənistana göndərilib, biz onların etiraz etmədiklərini təsdiq edən sənəd aldıq”, - o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən