Tramp üçüncü dünya ölkələrindən miqrasiyanı dayandıracağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkəyə üçüncü dünya ölkələrindən miqrasiyanı dayandırmaq qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə "Truth Social" səhifəsində məlumat verib.
Tramp qeyd edib ki, ABŞ sisteminin “tam bərpa olunmasına imkan yaratmaq” üçün bu ölkələrdən miqrasiyanı “daimi pauzaya” salacaq, həmçinin qeyri-vətəndaşlara verilən bütün federal imtiyaz və subsidiyaları dayandıracaq.
Prezident əlavə edib ki, ölkə üçün “ictimai yük, təhlükəsizlik riski yaradan və ya Qərb sivilizasiyası ilə uyğun olmayan” hər bir əcnəbi deportasiya olunacaq.
Nuriyyə NATİQQIZI













