İsrail ordusu Suriyaya zərbə endirdi - 9 nəfər həlak oldu

 10:44 28.11.2025     218

İsrail Müdafiə Qüvvələrinin Suriyanın Dəməşq əyalətindəki Beyt-Can yaşayış məntəqəsində endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb. 

Məlumata görə, hücum zamanı daha bir neçə nəfər dağıdılmış binaların dağıntıları altında qala bilər. 

Bildirilib ki, bir çox yerli sakin bölgəni tərk edərək qonşu kəndlərə qaçmaq məcburiyyətində qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən