Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının SAYI

 11:36 28.11.2025     233

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 138 nəfər təşkil edir.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatından məlum olur.

Göstərici aylıq müqayisədə 9 nəfər artıb.

Azərbaycan vətəndaşlarının 44-ü ittiham olunan, 94-ü isə məhkumdur. Təqsirləndirilən şəxslərin 42-si kişi, 2-si qadın, məhkumların isə 80-i kişi, 14-ü qadındır.

Qonşu ölkədə probasiya nəzarətində isə 59 nəfər Azərbaycan vətəndaşı saxlanılır. Aylıq müqayisədə onların sayı 3 nəfər artıb. Həmin şəxslərin 51-i kişi, 7-si qadın, 1-si isə yeniyetmə oğlandır. Onların böyük əksəriyyətinə Tbilisidə (25 nəfər) və Kvemo Kartli bölgəsində (19 nəfər) nəzarət həyata keçirilir.

Gürcüstanda həbs cəzası çəkən xarici ölkə vətəndaşlarının ümumi sayı 1 491, probasiya nəzarətində olan əcnəbilərin ümumi sayı isə 616 təşkil edir.

Vumart və Güvən reklamı Vumart Güvən