3+3 formatında görüş Bakı və ya İrəvanda baş tuta bilər

 11:58 28.11.2025     256

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, “3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyən edilməyib.

Redaktor.az xəbər verir ki,  bu  barədə Ermənistan KİV məlumat dərc edib. 

Bildirilir ki, iclasın təşkili bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirir.

“Bu sahədə konstruktiv müzakirələr davam edir”, - XİN-dən bildiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən