İstanbulda hotelə əl qumbarası atıldı

 14:12 28.11.2025     237

İstanbulun Esenyurt səmtində hotellərin birində dəhşətli anlar yaşanıb.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hotelə əl qumbarası atılıb. Bomba partlamasa da, xəbərdən sonra hadisə yerinə çoxlu sayda polis qrupları göndərilib. 

Bölgə ətrafında geniş təhlükəsizlik tədbirləri alan qruplar bombanı zərərsizləşdirib. Hadisə ilə əlaqədar qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən