Bu ölkənin müdafiə naziri istefa VERDİ
Rumıniyanın müdafiə naziri İonuç Moştianu təhsilinə dair yaranmış qalmaqal fonunda vəzifəsindən istefa verib.
Redaktor.az xəbər verir ki, bu barədə Digi24 telekanalı məlumat yayıb.
Nazir açıqlamasında bildirib ki, onun təhsili ilə bağlı müzakirələrin ölkə rəhbərliyinin fəaliyyətinə kölgə salmasını istəmir:
“İllər əvvəl yol verdiyim səhvlərin və təhsilimlə bağlı müzakirələrin hazırda ölkəni idarə edən şəxsləri diqqətdən yayındırmasını istəmirəm”, - deyə Moştianu qeyd edib.
Nuriyyə NATİQQIZI













