ABŞ ilə danışıqlarda Ukraynanı kimlərin təmsil edəcəyi məlum OLDU

 21:26 28.11.2025     302

ABŞ ilə danışıqlarda Ukraynanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyinin nümayəndələri, Milli Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin əməkdaşları təmsil edəcəklər.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vlolodimir Zelenski axşam videomüraciətində bəyan edib.

"Tezliklə danışıqlar baş tutacaq, orada bizim nümayəndələr iştirak edəcəklər. Bu, Baş Qərargah rəisi, XİN nümayəndələri, Milli Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin əməkdaşları olacaq", – o vurğulayıb.

Zelenski ABŞ ilə görüşlərin yaxın vaxtlarda baş tutacağını qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən