ABŞ-də 10 uşaq COVID-19 peyvəndinin vurulması nəticəsində ÖLDÜ

 14:06 29.11.2025     310

ABŞ-də azı 10 uşaq COVID-19 əleyhinə peyvəndin vurulması nəticəsində ölüb.

Redaktor.az bildirir ki, bu barədə məlumatı "The New York Times" qəzeti ABŞ Qida və Dərman Administrasiyasının (FDA) xidməti sənədinə istinadən verib.

Ölümün bilavasitə səbəbinin ürək əzələsinin iltihabı olduğu müəyyən edilib.

Sənəddə ölənlərin yaşı və onlarda hər hansı bir sağlamlıq problemlərinin olması barədə məlumat verilmir.

Peyvəndi istehsal edən şirkətin adı da qeyd edilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən