II Qareginin yaxın qohumlarının həbs müddəti UZADILDI

 19:28 29.11.2025     298

Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlunun həbs müddətini uzadıb.

Redaktor.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Patriarxın qardaşı Gevork Nersisyan üçün həbs qətimkan tədbiri iki ay, qardaşı oğlu Ambartsum Nersisyan üçün isə üç ay müddətinə uzadılıb.

Ata və oğul noyabrın 3-də həbs olunublar.

İstintaqın iddiasına görə, onlar noyabrın 1-də Voskeat kəndində təşviqat kampaniyası zamanı (Vaqarşapat Ağsaqqallar Şurasına seçkidə) Respublika Partiyasının nümayəndəsinin təşviqat aparmasına mane olub, ünvanına təhqirlər söyləyərək kənddən getməsini tələb ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən