Kaliforniyada atışma - Ölən və yaralılar var

 09:15 30.11.2025     271

ABŞ-nin Kaliforniya ştatının Stokton şəhərində ailəvi tədbir zamanı baş verən atışma nəticəsində azı dörd nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, daha 10 nəfər yaralanıb. Ad günü münasibətilə keçirilən tədbirin keçirildiyi banket zalında atəş açan şübhəli şəxslə bağlı hələlik əlavə detal açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən