Ukrayna nümayəndə heyəti bu gün ABŞ-yə gedir - “Sülh planı” müzakirə ediləcək
Ukrayna nümayəndə heyəti bu gün ABŞ-yə gedərək “sülh planı”nı müzakirə edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" portalı məlumat yayıb.
Məlumata görə, bu gün Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-yə yollanacaq və orada Amerika həmkarları ilə Ukraynada müharibənin dayandırılması üçün təklif olunan “sülh planı”nı müzakirə edəcək.













