Banqladeşin sabiq baş naziri həbs olundu

 14:42 01.12.2025     249

Banqladeşdə ölkənin sabiq baş naziri Şeyx Hasina Vecid və onun qardaşı qızı, Böyük Britaniyanın sabiq Xəzinədarlıq Nazirliyində Korrupsiya ilə Mübarizə üzrə dövlət naziri vəzifəsində çalışmış Tulip Siddiq barəsində həbs hökmü çıxarılıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Dakkanın xüsusi məhkəməsi onların hökumətin torpaq layihəsi ilə bağlı korrupsiya əməllərinə yol verdiyini müəyyən edib. Hökmə əsasən, Şeyx Hasina Vecid 5 il, Tulip Siddiq isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hakimi Rabiul Alam bildirib ki, Şeyx Hasina baş nazir vəzifəsində çalışdığı dövrdə səlahiyyətlərindən sui-istifadə edib. Tulip Siddiq isə xalasını təsir altına alaraq, anası və iki qardaşı üçün dövlət layihəsi çərçivəsində torpaq əldə edilməsinə yardım etdiyinə görə təqsirli bilinib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən