Tramp Venesuelaya hücum etməyi planlaşdırmır

 16:53 01.12.2025     275

ABŞ Prezidenti Donald Tramp Venesuelaya hücum etməyi planlaşdırmır.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Respublikaçı partiyasından olan senator Markueyn Mallin CNN telekanalına verdiyi müsahibədə bildirib.

“Xeyr, Tramp açıq şəkildə bildirdi ki, biz Venesuelaya qoşun yeritməyəcəyik. Məqsədimiz öz sərhədlərimizi qorumaqdır”, - senator açıqlamasında qeyd edib.

Mallin vurğulayıb ki, Vaşinqton Venesuelanın hakimiyyət tərəfindən ABŞ-yə narkotik tədarük edən “terrorçuluq platforması” kimi istifadə olunmasına etiraz edir. Senator əlavə edib ki, Tramp administrasiyası bu kanalları bağlamağa çalışıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən