ABŞ Ukraynaya Rusiya qarşısında güzəştə getməsi üçün təzyiq göstərə bilər - Kallas
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Vaşinqtonun Kiyevə təzyiq göstərə biləcəyi istisna edilmir.
Redaktor.az xəbər veriri ki, bu barədə Avropa İttifaqının baş diplomatı Kaya Kallas "The Guardian"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətdə bütün təzyiqin məhz “qurban” olan Ukraynanın üzərinə yönələcəyindən ehtiyatlanır:
“Mən qorxuram ki, bütün təzyiq Ukraynanın üzərinə düşəcək, yəni Kiyev güzəştə getməli və öhdəliklər götürməli olacaq”, - Kallas vurğulayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, Stiv Uitkoff 2 dekabr, çərşənbə axşamı gününün ikinci yarısında prezident Putinlə görüşəcək. Peskov həmçinin bildirib ki, Rusiya lideri ABŞ-la qarşıdakı təmaslara hazırlıq çərçivəsində bir sıra qapalı müşavirələrdə iştirak edəcək.
Nuriyyə NATİQQIZI













