Fransa Ukraynanı sülhün əsas düşməni adlandırdı

 11:59 02.12.2025     227

Fransanın “Vətənpərvərlər” (“Patriotes”) partiyasının lideri Florian Filippo hesab edir ki, ölkənin prezidenti Emmanuel Makron Ukraynada sülhün başlıca əleyhdarıdır.

Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə "X" hesabında paylaşım edib.

Filippo Makronun çıxışını “Sülhün əsas düşməni danışır!” sözləri ilə şərh edərək bildirib ki, əgər Fransa prezidenti həqiqətən münaqişənin sülh yolu ilə həllini istəsəydi, Kiyevə silah və maliyyə yardımlarını dayandırardı.

Siyasətçi bir gün öncə də Makronu tənqid edərək, Rusiya prezidenti Vladimir Putinin Avropaya qarşı guya mövcud olan təhdidlər barədə açıqlamalarına Fransa liderinin reaksiyasını istehza ilə qiymətləndirmişdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən