Qara dənizdə Rusiya gəmisi dron hücumuna məruz qaldı
Rusiyadan Gürcüstana günəbaxan yağı yükü daşıyan Rusiyanın "MIDVOLGA-2" tankeri Türkiyə sahillərindən 80 mil məsafədə PUA hücumuna məruz qalıb.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Rosmorreçflot" məlumat yayıb.
Qurumdan bildirilib ki, nəticədə gəminin üst hissələrinə kiçik ziyan dəyib, su sızması baş verməyib. Xəsarət alan yoxdur.
Gəmi və onun sahibi ilə əlaqə qurulub.
"Gəmi sərbəst şəkildə Sinop limanına doğru hərəkət edir", - məlumatda qeyd olunub.













