Rusiyada 5,6 maqnitudalı zəlzələ oldu

 15:53 02.12.2025     230

Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ olub.

Redaktor.az xəbər verir ki, zəlzələ 5,6 maqnitudada baş verib.

Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumatına görə, zəlzələnin episentri Petropavlovks-Kamçatsk şəhərindən 369 kilometr məsafədə qeydə alınıb. Yeraltı ocağı isə 26,5 kilometr dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən