ABŞ ticarət tarifləri vasitəsilə müharibələrin qarşısını alır - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi tarifləri müharibələrin qarşısını almaq aləti kimi istifadə edir.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat "RİA Novosti" agentliyi tərəfindən verilib.
“Biz Konstitusiya Məhkəməsinin [tariflərin qanuniliyi ilə bağlı] qərarını gözləyirik və bu, ölkəmiz üçün çox önəmlidir, çünki yalnız hörmət qazanırıq deyə deyil, həm də ticarət siyasətimiz vasitəsilə müharibələrin qarşısını alırıq”, — deyə Tramp kabinet iclasında bildirib.
Xədicə BAXIŞLI













