Putin-Uitkoff görüşü BAŞLADI

 21:45 02.12.2025     244

Rusiya Prezidenti Vladimir Putinin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, görüşdə Rusiya tərəfindən Prezidentin köməkçisi Yuri Uşakov və Prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edir.

Müzakirələrin əsas mövzusunun ABŞ-nin Ukrayna ilə bağlı təqdim etdiyi “Trampın sülh planı” olacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən