NATO Ukrayna üzrə sülh planında mövqelərini MÜƏYYƏNLƏŞDİRDİ

 09:41 03.12.2025     229

NATO Ukrayna ilə bağlı hazırlanacaq mümkün sülh planında israr edəcəyi bir sıra “qırmızı xətlər” müəyyənləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, adı açıqlanmayan dörd diplomat bəyan edib ki, alyansın bəzi üzvləri sülh sazişi formalaşdırılmadan əvvəl məsləhətləşmək istədikləri xüsusi mövqelərə malikdirlər. Finlandiyanın xarici işlər naziri Elina Valtonen də ölkəsinin tərəfdaşları və müttəfiqləri ilə birlikdə bu “qırmızı xətləri” işlədiyini təsdiqləyib.

Məlumata əsasən, bu xətlər Kiyevin NATO-ya üzvlüyü, alyans ölkələrinin ərazisində qoşun və silahların yerləşdirilməsi, həmçinin beynəlxalq hüquqa əməl olunması kimi məsələləri əhatə edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən