"Rusiya ölkənin təhlükəsizliyini zəiflədə biləcək heç bir qərarı qəbul etməyəcək" - Rusiya rəsmisi
Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoy Rusiya Prezidenti Vladimir Putin, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ lideri Donald Trampın kürəkəni Cared Kuşnerin Kremlindəkı görüşündən sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı mümkün qərarları proqnozlaşdırıb.
Redaktor.az xəbər verir ki, onun fikirlərini "Politico" yayıb.
Parlamentarin sözlərinə görə, Rusiya ölkənin təhlükəsizliyini zəiflədə biləcək heç bir qərarı qəbul etməyəcək. Tolstoy əlavə edib ki, bu mövqe dəyişməz olaraq qalır.
“Bunu aydın şəkildə dərk etmək lazımdır”, - deyə siyasətçi vurğulayıb.
Aytəkin TOFİQQIZI













