Ərdoğan Makronla telefonla danışdı

 12:33 03.12.2025     224

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası “X” hesabında paylaşıb. 

Tərəflər söhbət zamanı ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, regional və qlobal məsələləri müzakirə ediblər. 

Liderlər həmçinin Cənubi Qafqaz, Qəzza və Suriyadakı son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 

Vumart və Güvən reklamı Vumart Güvən