Kreml ABŞ-nin danışıqlarda “sükut prinsipinə” əməl edəcəyinə ümid edir
Kreml Ukrayna münaqişəsinin həlli üzrə aparılan danışıqlarda ABŞ-nin “sükut prinsipinə” əməl edəcəyinə ümid edir.
Redaktor.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiyanın prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Biz bu prinsipə əməl edəcəyik. Ümid edirik ki, amerikalı həmkarlarımız da bu prinsipi qoruyacaqlar”, - deyə Peskov vurğulayıb.
O qeyd edib ki, Moskva “meqafon diplomatiyası”nın tərəfdarı deyil.
Peskov əlavə edib ki, Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ-la nəticə əldə olunana qədər istənilən qədər görüş keçirməyə hazırdır. Onun sözlərinə görə, Moskva ABŞ prezidenti Donald Trampın münaqişənin “həll yollarını axtarmaq” istiqamətində göstərdiyi siyasi iradəni yüksək qiymətləndirir.
Nuriyyə NATİQQIZI













