Rusiya ordusuna "GP-34" qumbaraatanları təhvil VERİLDİ
Rusiyanın "Kalaşnikov" konserni dövlət sifarişini yerinə yetirərək GP-34 qumbaraatanlarını təhvil verib. Bu qumbaraatanlar Rusiya Silahlı Qüvvələri tərəfindən xüsusi hərbi əməliyyat zonasında aktiv istifadə olunur.
Redaktor.az xəbər verir ki, konserni bu barədə özünün Telegram kanalında məlumat verib.
Şirkət məlumat verir ki, 2025-ci il üçün məhsul istehsalı planı müəssisə üçün rekord səviyyədə olub. 2026-cı ildə isə qumbaraatanlara olan tələbin yüksək səviyyədə qalacağı bildirilib.
Aytəkin TOFİQQIZI













